Fransisk
| I Fransisk Jorge Mario Bergoglio |
|||
|
|||
|---|---|---|---|
| 13 mart 2013 — davam edir | |||
| Sələfi: | XVI Benedikt | ||
| Təvəllüdü: | 17 dekabr 1936 Buenos-Ayres, Argentina |
||
| Atası: | José Mario Francisco Bergoglio | ||
| Anası: | Regina Maria Sivori | ||
| İmzası: | |||
Fransisk (əsl adı: Jorge Mario Bergoglio) — 266-cı Roma Papası, indiki Vatikan hökmdarı.Cənubi Amerikalı və Yezuit ordenindən ilk papa.
Həyatı[redaktə | əsas redaktə]
Xorxe Mario Berqolyo 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə dəmiryolçu işləyən italiyalı emiqrant ailəsində dünyaya gəlib. Ailənin 5 uşağının ən kiçiyi olub. Kimya üzrə texnik diplomu alıb. Buenos-Ayresdə Villa Devoto seminariyasında təhsil alıb. Yezuitlər ordeninə 11 mart 1958-ci ildə daxil olub. Çilidə noviziat mərhələsi (Monax ordeninə daxil olmaq üçün sınaq müddəti) keçib. Sonra da Buenos-Ayresdə müqəddəs İosif kollecində təhsilini davam etdirib. Buenos-Ayresin üç kollecində ədəbiyyat, fəlsəfə və dinşünaslıq dərsləri keçib. İtalyan dilində sərbəst danışır.[1]
1969-cu ildə Berqolyo Argentina paytaxtındakı San-Migel kollecinin dinşünaslıq fakültəsinin professoru təyin olunub. 1970-ci illərdə Argentinanın yezuitlər ordenində müxtəlif vəzifələr tutub. 1973-1979-cu illərdə Argentinanın provensialı olub. 1986-cı ildə Almaniyada doktorluq dissertasiyasını müdafiə edib, vətəninə ruhani və Kordova arxiyepiskopluğunun mənəvi direktoru olaraq dönüb.[1]
1992-ci ildə Buenos-Ayresin köməkçi yepiskopu təyin edilib. 1997-ci ildə Buenos-Ayres arxiyepiskopunun koadyuttoru (yepiskopluğun varislik hüququna sahib olan yepiskopu) təyin olunub. 1998-ci ildə kardinal Kvarrasino öldükdən sonra onun vəzifələrini icra etməyə başlayıb. Papa II İohan Pavel 2001-ci ildə ona kardinal rütbəsi verib.[1]
Xorxe Mario Berqalio 14 mart 2013-cü ildə Roma papası seçilib[2]. Roma papası seçildikdən sonra Fransisk adını qəbul etmişdir.
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ 1,0 1,1 1,2 2013-cü ilin adamı seçildi: O, kimdir?
- ↑ Yeni Roma papası Fransisk adını qəbul edib - YENİLƏNİB