2001
| İllər: | 1998 1999 2000 2001 2002 2003 2004 |
| Əsr: | XX əsr — XXI əsr — XXII əsr |
| Qriqori | 2001 MMI |
| Bəhai | 157 – 158 |
| Benqal | 1408 |
| Berber | 2951 |
| Myanma | 1363 |
| Bizans | 7509 – 7510 |
| Buddist | 2545 |
| Erməni | 1450 ԹՎ ՌՆԾ |
| Efiopiya | 1993 – 1994 |
| Hicri | 1421 – 1422 |
| Hind | |
| - Vikram-samvat | 2057 – 2058 |
| - Şaka samvat | 1923 – 1924 |
| - Kali-yuqa | 5102 – 5103 |
| Holosen təqvimi | 12001 |
| Yəhudi | 5761 – 5762 |
| İran | 1379 – 1380 |
| Qibti | 1717 – 1718 |
| Koreya | 4334 |
| Tailand günəş | 2544 |
Əhəmiyyətli hadisələr[redaktə | əsas redaktə]
Dünyada hadisələr[redaktə | əsas redaktə]
- 5-20 yanvar - Filippində ikinci xalq inqilabının baş verməsi. Cozef Estradanın hakimiyyətdən devrilməsi.
- 22 yanvar - Makedoniyada müharibənin başlanması. (12 noyabr 2001-ci ilədək davam etmişdir).
- 26-27 aprel - İstanbulda türkdilli ölkə başçılarının VII zirvə toplantısı
- 28 aprel - Uçuş heyəti T.A.Musabayevdən, Y.M.Baturindən və ilk kosmik turist Dennis Titodan (ABŞ) ibarət Soyuz TM-32 kosmik gəmisinin kosmosa buraxılması.
- 11 sentyabr - New York-dakı Ümumdünya Ticarət Təşkilatının yerləşdiyi Əkiz Binalara Terrorçulara məxsus təyyarələrin çırpılması.
- 7 oktyabr - ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatlara başlaması.
- 27 noyabr - Hubble teleskopu vasitəsilə ilk dəfə Günəş sistemindən kənarda atmosferin aşkar edilməsi.
Azərbaycanda[redaktə | əsas redaktə]
- 14 yanvar- Kərimov Elmar Oqtay oğlunun doğulduğu tarix.
- 17 yanvar - Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edilməsi.
- 16 fevral - Azərbaycan Respublikasının BMT-nin “Təhlükəli (radioaktiv) tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”na (1989-cu il martın 22-də qəbul olunub) qoşulması.
- 25 yanvar – Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi.
- 17 iyul - ABA televiziya şirkətinin fəaliyyətini dayandırması.
- 1 avqust - Azərbaycan Respublikası ərazisində bütün idarə və müəssisələrin, dövlət və qeyri-dövlət qurumlarının, Azərbaycan dilində olan bütün nəşrlərin latın qrafikalı əlifbaya keçməsi.
Doğumlar[redaktə | əsas redaktə]
18 avqust — Almaxanım Əhmədli — Aztv-nin solisti, VI Muğam Müsabiqəsinin qalibi, gənc xanəndə.
Vəfatlar[redaktə | əsas redaktə]
- 18 fevral – Elçin Məmmədov, aktyor və rəssam.
- 10 may – Sona Bağırova, Azərbaycanın əməkdar jurnalisti.
- 12 sentyabr- Manaf Süleymanov, yazıçı, tərcüməçi.
- 29 noyabr — Viktor Astafyev, rus yazıçısı.
