Hayfa - (İvritcə: חיפה; Ərəbcə: حيفا), İsrailinşimalının ən böyük şəhəri və ölkənin üçüncü böyük şəhəridir. İsraildə sıx olaraq ərəb əhalisi yaşayan bir şəhərdir. Müqəddəs Kitablarda (Əhdi-i Atik, Tövrat) adı keçmişdir. Yəhudilər, Romalılar, Ərəblər, Səlibçilər, Osmanlılar Hayfanı idarə etmişlər. Kavalalı Mehmet Əli Paşanın şəhəri təkrar ələ keçirməsindən əvvəl Hayfa 1799-ci ildə Napalyon Bonapart tərəfindən işğal edilmişdir. Müqəddəs Kitablarda adı keçən Kermil Dağı Hayfadadır. Bu dağda xristianlıq, müsəlmanlıq və son olaraq Bahailik- üçün müqəddəs bir qalıq olan İlyas Peyğəmbərin mağarası da vardır. Həmçinin bu dağ yamaclarında Bəhai Dininin Dünya Mərkəzi ilə gözəlliyiylə tanınmış bağçaları və terraslar var.
↑25 dekabrda alyansın layihəsi təsdiqlənib; şəhərlərin qardaşlaşması haqqında müqavilə 1973-cü ilin yanvarında imzalanıb.
↑Hayfa bələdiyyəsinin saytında Keyptaunun adı çəkilir, amma müqavilənin imzalanması haqqında heç bir şey deyilmir. 2006-cı ilin avqustuna olan məlumatlara görə bu iki şəhərin qardaşlaşması proqramı çərçivəsində heç bir fəaliyyət olmamışdır.