Vikipediya, açıq ensiklopediya
5 may — Qriqorian təqvimi ilə ilin 126-cı (uzun ill ərdə 127-ci) günü.
1833 – ABŞ-da ilk polad kotan istehsal olunmuşdur.
1835 – ABŞ-da "New York Herald" qəzetinin ilk nömrəsi çapdan çıxmışdır.
1840 – tarixdə birinci poçt markası olan Qara penni çap olunmuşdur.
1861 – Arkanzas ABŞ-dan ayrılmış 9-cu ştat olmuşdur.
1872 – İngiltərədə futbol kuboku təsis edilmişdir.
1889 – Parisdə beynəlxalq sərgi keçirilmişdir (6 noyabra qədər).
1986 – Çernobıl AES -da qəzanın baş verməsi elan olunmuşdur.
2007 – Fransada prezident seçkilərinin ikinci mərhələsində Nikolya Sarkozi qalib gəlmişdir.
680 – Müaviyə (d. 602 ) – xəlifə , Əbu Süfyan ın oğlu, Yəzidin atası. Əməvi sülaləsinin qurucusu.
1708 – Fransua de Laval (d. 1623 ) – Kanadan ın birinci yepiskopu .
1859 – Aleksandr fon Humboldt (d. 1769 ) – alman təbiətşünası və coğrafiyaşünası, bitkilərin coğrafiyasının banisi, baron (alman alimi Vilhelm fon Humboldtun kiçik qardaşı).
1862 – Henri Devid Toro (d. 1817 ) – amerikan idealist filosofu və yazıçısı.
1877 – Yohan Lüdviq Runeberq (d. 1804 ) – Finlandiyalı şair
1880 – İvan Zaxaroviç Surikov (d. 1841 ) – rus şairi.
1880 – Fridrix Bayer (d. 1825 ) – alman iş adamı, dünyada məşhur "Bayer AG" kimya firmasının yaradıcısı.
1955 – Hüseyin Saadettin Arel (d. 1880 ) – bəstəkar.
1963 – Teodor fon Karman (d. 1881 ) – macar fiziki.
1972 – Deniz Gezmiş , Yusuf Aslan ve Hüseyin İnan (edam).
1992 – Marlen Ditrix (d. 1901 ) – alman mənşəli ABŞ aktrisası.
1993 – Ann Todd (d. 1909) – ingilis aktrisası.
2017 – Rəfiqə Əliyeva (d. 1932) – Azərbaycanın görkəmli kimya alimi,kimya elmləri doktoru,professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik), "Şöhrət" ordeni laureatı, Əməkdar elm xadimi