Airbnb təqviminizi digər veb-saytlarla sinxronlaşdırmaq
Digər veb-saytlarda ev sahibliyi edirsinizsə, eyni tarixdə birdən çox qonağın bron etməsinin qarşısını almaq üçün bütün ev sahibliyi təqvimlərinizi sinxronlaşdıra bilərsiniz. Məsələn, bir təqvimdə gecə bron edildikdə, digərində avtomatik bloklanacaq. Beləliklə, cədvəliniz aktual məlumatları əks etdirəcək və ev sahibliyi ilə bağlı inzibati işlər bir qədər asanlaşacaq.
Təqviminizi necə sinxronlaşdırmalı
İxrac etmək üçün sizə digər veb-saytın təqviminə yapışdıracağınız URL göndərəcəyik. Bu link Airbnb təqviminizdəki məlumatları digər veb-sayta (məsələn, VRBO və ya Booking.com-a) göndərəcək, yaxud da ondan istifadə edərək məlumatları şəxsi təqvimə (məsələn, Google və ya Apple təqviminə) ixrac edə biləcəksiniz.
İxrac etdikdən sonra Airbnb təqviminizdəki dəyişikliklər digər veb-saytın parametrlərindən asılı olaraq oradakı təqvimdə avtomatik əks olunacaq.
İdxal etmək üçün digər veb-saytın təqvimindən URL əldə edib Airbnb-yə əlavə etməlisiniz. Əksər veb-saytlarda bunu təqvimlərin idxalı və ixracı bölməsində tapa bilərsiniz. İpucu: URL-nin .ics ilə bitdiyinə əmin olun, çünki digər URL-lər işləməyəcək.
Təqvimi VRBO, Booking.com və Tripadvisor-dan idxal etməyin qaydasını öyrənin.
Təqvimləri sinxronlaşdırmaq üçün onları əlaqələndirmək
Masaüstü kompüterdə təqvimlərinizi sinxronlaşdırmaq
- Təqvimə klikləyin və dəyişmək istədiyiniz elan təqvimini seçin
- Yaddaşda saxla
üzərinə klikləyin - Təqvimləri əlaqələndirin bölməsində Başqa bir veb-sayta qoşul üzərinə klikləyin
- Təqviminizi ixrac etmək üçün Airbnb təqvim linkini kopyalayıb digər iCal dəstəkli təqviminizə yapışdırın
- Növbəti mərhələdə təqvimi idxal etmək üçün digər veb-saytdan .ics ilə bitən link əldə edin və URL-i təqvim ünvanı xanasına yapışdırın
- Təqvimə ad verin və Təqvim əlavə et üzərinə klikləyin
Təqvimlərinizi Airbnb tətbiqində sinxronlaşdırmaq
- Təqvim üzərinə basın və dəyişmək istədiyiniz elan təqvimini seçin
- Parametrlər
və sonra Mövcudluq üzərinə basın
- Təqvimləri əlaqələndirin bölməsində Başqa bir veb-sayta qoşul üzərinə basın
- Təqviminizi ixrac etmək üçün Airbnb təqvim linkini kopyalayıb digər iCal dəstəkli təqviminizə yapışdırın
- Növbəti mərhələdə təqvimi idxal etmək üçün digər veb-saytdan .ics ilə bitən link əldə edin və URL-i təqvim ünvanı xanasına yapışdırın
- Təqvimə ad verin və Təqvim əlavə et üzərinə basın

Mobil brauzerdə təqvimlərinizi sinxronlaşdırmaq
- Təqvimə basın və dəyişmək istədiyiniz elan təqvimini seçin
- Mövcudluq seçiminə basın
- Təqvimləri əlaqələndirin bölməsində Başqa bir veb-sayta qoşul üzərinə basın
- Təqviminizi ixrac etmək üçün Airbnb təqvim linkini kopyalayıb digər iCal dəstəkli təqviminizə yapışdırın
- Növbəti mərhələdə təqvimi idxal etmək üçün digər veb-saytdan .ics ilə bitən link əldə edin və URL-i təqvim ünvanı xanasına yapışdırın
- Təqvimə ad verin və Təqvim əlavə et üzərinə basın
Daha çox yardıma ehtiyacınız var? Hər bir veb-saytda URL-nin əlavə ediləcəyi yer fərqli olduğu üçün bu məlumatları həmin veb-saytın yardım bölməsində tapmağınız lazım gələ bilər. Məsələn, bronlarınızı şəxsi təqviminizdə görmək üçün Airbnb təqviminizi Google və Apple-a ixrac etməyin qaydasını öyrənin.
Bloklanmış gecələr Airbnb-də və digər təqvimlərinizdə necə görünür?
Blokladığınız və ya Airbnb-də bron etdiyiniz gecələr digər veb-saytın təqvimində bloklanacaq. Mövcudluq parametrləriniz, hazırlıq müddətiniz, qabaqcadan bildiriş müddətiniz və minimum qonaqlama müddətiniz səbəbindən bloklanmış gecələr Airbnb təqviminizdə yer alacaq.
Başqa bir veb-saytın təqvimində bron edilmiş gecələr onları Airbnb təqviminizə qoşduğunuz zaman Airbnb-də avtomatik olaraq bloklanacaq. Ancaq başqa bir təqvimdə blokladığınız gecələr Airbnb-də bloklana və ya bloklanmaya bilər. Buna digər təqvimlərdə təyin etdiyiniz hazırlıq vaxtı və ya qabaqcadan bildiriş parametrləri təsir edə bilər.
Daha çox yardıma ehtiyacınız var? Təqvimi VRBO, Booking.com və Tripadvisor-dan bloklamağın qaydası ilə bağlı müvafiq veb-saytların yardım mərkəzi məqalələrini nəzərdən keçirin.
Sinxronlaşdırılmış təqvimi təzələmək
Airbnb təqviminiz hər 2 saatdan bir avtomatik olaraq yenilənir və qoşulduğunuz digər təqvimlərdən məlumat əldə edir. Ən son mövcudluğunuzu 2 saatdan tez yoxlamaq üçün əlaqələndirilmiş təqviminizə keçib Təzələ seçimini edə bilərsiniz.
Bir neçə təqvimi əlaqələndirmisinizsə, onlar müxtəlif vaxtlarda avtomatik olaraq yenilənə bilər. Hər bir təqvimin ən son yeniləndiyi vaxtı göstərəcəyik. Təqvimləri əl ilə də yeniləyə bilərsiniz.
Nəzərə alın ki, digər veb-sayta göndərdiyimiz yeniləmə sorğularının müəyyən say limiti var. Bu limiti keçsəniz, növbəti avtomatik yeniləməyə qədər gözləməli olacaqsınız.
İdxal etdiyiniz təqvimi təzələmək
Masaüstü kompüterdə təqvimi təzələmək
- Təqvimə klikləyin və dəyişmək istədiyiniz elan təqvimini seçin
- Mövcudluq seçiminə klikləyin
- Təqvimləri əlaqələndirin bölməsində Başqa bir veb-sayta qoşul üzərinə klikləyin
- İdxal etdiyiniz təqvimi seçin və Təqvimi təzələ üzərinə klikləyin
Airbnb tətbiqində təqvimi təzələmək
- Təqvim üzərinə basın və dəyişmək istədiyiniz elan təqvimini seçin
- Parametrlər
və sonra Mövcudluq üzərinə basın
- Təqvimləri əlaqələndirin bölməsində Başqa bir veb-sayta qoşul üzərinə basın
- İdxal etdiyiniz təqvimi seçin və Təqvimi təzələ üzərinə basın

Mobil brauzerdə təqvimi təzələmək
- Təqvim üzərinə basın və dəyişmək istədiyiniz elan təqvimini seçin
- Mövcudluq seçiminə basın
- Təqvimləri əlaqələndirin bölməsində Başqa bir veb-sayta qoşul üzərinə basın
- İdxal etdiyiniz təqvimi seçin və Təqvimi təzələ üzərinə basın
Maksimum 2 il əvvələ aid məlumatları idxal edə bilərik. İdxal edilmiş təqvimə fasilə verə bilməzsiniz. Təqvimi ayırmalı və təqvimlərinizi yenidən sinxronlaşdırmağa hazır olduğunuz zaman yenidən əlaqələndirməlisiniz. Sinxronlaşdırılmış təqvimi silmək üçün Redaktə et, sonra isə Təqvimi ayır üzərinə klikləyin və ya basın.
Əlaqəli məqalələr
- Ev Sahibi
Bir neçə Airbnb elanı üçün təqvimləri əlaqələndirmək
Airbnb-də bir neçə elanınız (məsələn, bütöv ev və həmin evin içərisində otaq) varsa, ikiqat bronların qarşısını almaq üçün onların Airbnb tə… - Ev Sahibi
Ev Sahibi təqviminizi yeniləmək
Təqviminizdə günlərin mövcudluğunu əl ilə və ya avtomatik olaraq idarə edə bilərsiniz. Gözləmədə olan və təsdiqlənmiş rezervasiyaları, üstəg… - Təcrübə üzrə Ev Sahibi
Airbnb Təcrübələri təqvimimi necə ixrac edim?
Bütün təcrübələri bir təqvim olaraq ixrac etmək, bir neçə təcrübəni bir təqvim olaraq seçmək və ya hər təcrübəni bir təqvim olaraq ixrac etm…