1984 (roman)
|
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir.
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
| Bu məqalə 1984 roman haqqındadır. 1984 ili haqqında oxumaq üçün 1984 səhifəsinə baxın. |
|
|
|
|---|---|
| ing. Nineteen Eighty-Four | |
Azərbaycanca ilk nəşrinin üz qabığı |
|
| Müəllif: | Corc Oruell |
| Janr: | Roman |
| Orijinalın dili: | İngiliscə |
| Ölkə: | |
| Orijinalın nəşr ili: | 1949 |
| Tərcüməçi: | |
| Nəşriyyat: | |
| Cild: | Nazik |
| Səhifə: | 383 |
| Tiraj: | 500 |
| ISBN 978-9952-26-459-3 | |
1984 (ing. Nineteen Eighty-Four) — Corc Oruellin 1948-ci ildə yazılmış, 1949-cu il iyun ayının 8-də isə çap olunmuş romanıdır. Yevgeni Zamyatinin "Biz", Oldos Hakslinin "Möcüzəli yeni dünya" və Rey Bredberinin "451° farenheyt" əsərləri ilə bərabər antiutopiya janrında yazılmış ən məşhur ədəbi əsərlərdən biri sayılır.
2009-cu ildə "The Times" qəzeti "1984"-ü son 60 il ərzində yaradılmış 60 ən yaxşı kitab siyahısına daxil etmiş, "Newsweek" jurnalı isə romanı bəşəriyyət tarixində ikinci ən yaxşı kitab adlandırmışdır.
Romanın adı və terminologiyası geniş yayılmışdır və kitabdakı situasiya totalitar rejimləri təsvir etmək üçün istifadə olunur. Əsər dəfələrlə sosialist ölkələrində qadağan olunmuş, qərb ölkələrinin solçuları tərəfindən tənqid obyektinə çevrilmişdir.
Mündəricat
Qəhrəmanlar[redaktə | əsas redaktə]
Baş qəhrəmanlar[redaktə | əsas redaktə]
Uinston Smit (ing. Winston Smith) - baş qəhrəman, 39 yaşı var. Gənc yaşlarından bəri Həqiqət Nazirliyinin Sənədləşmə Bölməsində çalışır. Vəzifəsi sənədlərə dəyişiklik etməklə partiya təbliğatına zidd olan faktları gizlətməkdir. Partiyanın ideyalarına sadiq olduğunu nümayiş etdirsə də, əslində onlara nifrət edir.
Culiya (ing. Julia) - baş qəhrəmana aşiq olan qadın, 26 yaşı var. Həqiqət Nazirliyinin Ədəbiyyat Bölməsində çalışır. Özünü partiyanın tərəfdaşı kimi qələmə versə də, partiya qanunlarını tez-tez pozur.
O'Brayen (ing. O'Brien) - Daxili Partiyanın yüksək vəzifəli üzvü. Uinston O'Brayenin inqilabçı olduğunu düşündüyü halda o, əslində Fikir Polisinin əməkdaşıdır.
Epizodik qəhrəmanlar[redaktə | əsas redaktə]
Mister Çarrinqton (ing. Charrington) - antikvar dükanında satıcı, Fikir Polisinin agenti. Uinston və Culiyaya otaq icarəyə verir, sonradan onların həbsinə rəhbərlik edir.
Saym (ing. Syme) - Uinstonun savadlı iş yoldaşı, Uinstonun ən çox rəğbət bəslədiyi qəhrəmanlardandır. İxtisasca filoloqdur, Yenidil lüğətinin yaradılmasında iştirak edir. Sonradan Fikir Polisi tərəfindən həbs olunur.
Parsons (ing. Parsons) - Uinstonun qonşusu və iş yoldaşı. Uinstonda və Saymda böyük antipatiya doğurur. İdeal partiya üzvüdür: zəhmətkeşdir, müzakirə etməyə meyil göstərmir, partiyanın öyrətdiyi hər şeyə tərəddüd etmədən inanır. Çox axmaqdır. Sonradan qızının verdiyi məlumat əsasında Fikir Polisi tərəfindən həbs olunur.
Amplfort (ing. Ampleforth) - Uinstonun iş yoldaşı, Həqiqət Nazirliyinin əməkdaşı. Şairdir, "kanonik mətnlər" (klassik şeiriyyət əsərlərinin ingilis dilindən Nyuspikə tərcüməsi) üzrə ən yaxşı mütəxəssislərdən sayılır. Romanın üçüncü hissəsində Uinstonla eyni kameraya düşür, sonradan "101-ci otaqda" yoxa çıxır.
Martin (ing. Martin) - O'Brayenin qulluqçusu.
Tərcümə və nəşri[redaktə | əsas redaktə]
Kitab ilk dəfə Vilayət Quliyev tərəfindən azərbaycan dilinə tərcümə edilmiş və 2011-ci ildə Qanun nəşriyyatı tərəfindən nəşr olunmuşdur. 2013-cü ildə kitab təkrar nəşr olunmuşdur.
İstinadlar[redaktə | əsas redaktə]
Həmçinin bax[redaktə | əsas redaktə]
Xarici keçidlər[redaktə | əsas redaktə]
- "Corc Oruell 1984" (az). qanun.az. http://www.qanun.az/product/corc-oruell-1984/. İstifadə tarixi: 2014-05-06.