
Airbnb Plus-u təqdim edirik
Ev üçün lazım olan rahatlıqlar və daha çoxu
Diqqətlə dizayn edilmiş evlər. Müstəsna ev sahibləri. Keyfiyyəti təsdiqlənmiş.
Airbnb Plus əla rəylər almış və təfərrüatlara diqqət yetirən ev sahibləri ilə yalnız ən yüksək keyfiyyətli evlərin seçimidir.
Hər bir ev keyfiyyət və dizaynı təmin etmək üçün keyfiyyətin şəxsən yoxlanması vasitəsilə təsdiqlənir. Sadəcə PLUS nişanını axtarın.
Düşünülmüş dizayn
Hər Airbnb Plus evi şəxsi otaq və ya bütöv məkan olmasından asılı olmayaraq unikaldır, diqqətlə düşünülüb və standart imkanlar ilə təchiz edilib.
Keyfiyyətin şəxsən yoxlanması
Dünyanın hansı yerində olmağınızdan asılı olmayaraq, özünüzü evinizdəki kimi hiss etməyiniz üçün lazım olan bütün təfərrüatların mövcudluğunu təmin etmək məqsədilə hər bir Airbnb Plus evinin keyfiyyət və dizaynı yoxlanılıb.
Şanxayda Lilian Cinin bütöv kondominiumu
Diqqətlə düşünülüb
Airbnb Plus evlərində yüksək keyfiyyət hər bir detalına qədər diqqətlə hazırlanmış dizaynla birləşir. Eleqant dizayn və fərdi xarakteri sayəsində evlər xoş və səmimi atmosferə sahibdir.
Şanxayda Lilian Cinin bütöv kondominiumu
Mattin Los Ancelesdəki bütöv qonaq evi
Yaxşı təchiz olunub
Sürətli Wi-Fi və yayıma hazır televiziyalardan tutmuş zəruri ləvazimatlarla dolu mətbəxlərə qədər, sizi evinizdəki kimi hiss etdirəcək lazımi imkanları gözləyə bilərsiniz. Yararlana biləcəyiniz digər imkanlar:
- Filtrlənmiş və ya butulkada su
- Yağ, mətbəx avadanlıqları və süfrə qab-qacağı daxil olmaqla yemək bişirilməsi üçün vacib olan hər şey
- Ütü və saç feni
Mattin Los Ancelesdəki bütöv qonaq evi
Keyptaunda Rob-un bütöv yaşayış evi
Yaxşı halda saxlanılmış
Airbnb Plus ev sahibləri evin baxımlı bayır sahələrdən tutmuş güclü su təzyiqi ilə işləyən səliqəli vanna otağına qədər ekstra təmiz, yığışdırılmış və tam funksional olmasını təmin etmək üçün əlavə səy göstərirlər. Əldə edəcəyiniz başqa şeylər:
- Bütün cihazlar işlək vəziyyətdədir
- Bütün şərikli məkanların yataq otağı qapılarında funksional kilidlər
- Bütün yerlər səliqəli və təmizdir
Keyptaunda Rob-un bütöv yaşayış evi
Müstəsna ev sahibləri
Airbnb Plus ev sahibləri yüksək reytinqə sahib (4,8+), ünsiyyətcil insanlardır və özünüzü evinizdəki kimi hiss etməyinizə səbəb olacaq hər bir təfərrüata - məsələn, yumşaq döşəkağıları və tam təchizatlı mətbəx - diqqət yetirir.
Etibarlı giriş
Airbnb Plus ilə həmişə asanlıqla giriş edə bilərsiniz. Hər bir evdə qıfıllı qutu, klaviatura və səbirsizliklə sizi qarşılamağı gözləyən ev sahibi var.
Premium dəstək
Airbnb Plus evini bronlaşdırdığınız zaman yüksək təlim keçmiş və sualları qısa vaxt ərzində cavablandıran, Airbnb Plus proqramı üzrə müştəri dəstəyi komandamız qayğınıza qalır.
Növbəti səfər üçün möhtəşəm Airbnb Plus evi tapın
Sadəcə elan fotosunun altında PLUS nişanının olub-olmamasına baxın.
PLUS doğrulanmış Keyptaun
PLUS doğrulanmış Barselona
PLUS doğrulanmış Sidney
PLUS doğrulanmış Los Anceles
PLUS doğrulanmış Finiks
Bütün dünyadakı Airbnb Plus evləri
Los-Ancelesdəki çimərlik boyu yerləşən banqalolardan tutmuş Kiotodakı əsrarəngiz çay evlərinə qədər, keyfiyyət və rahatlığı yoxlanılmış Airbnb Plus evlərini araşdırın.






















