Layihə üç il ərzində Paramount Pictures tərəfindən inkişaf etdirilirdi və bu zaman filmin məzmunu romanın məzmunundan əhəmiyyətli dərəcədə fərqlənirdi. Layihənin üç il ərzində eyni vəziyyətdə saxlanmasından sonra Summit Entertainment romanın istifadə hüquqlarını ələ keçirə bilmişdi. Melissa Rozenberq 2007-2008-ci il Amerika Yazıçılar Gildiyası tətilindən əvvəl romanın yeni ekran adaptasiyasını tamamlamışdır. Filmin əsas çəkilişləri 44 gün davam etmiş və 2 may2008-ci ildə tamamlanmışdır. Çəkilişlər əsasən Oreqon ştatında aparılmışdır.
1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Sovetinə təqdim edildi. 16 iyul1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi. Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı. (Davamı...)
Fransada hakim Sosialist partiyası prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçirdiyi ilkin seçkilərin ikinci turunda sabiq təhsil naziri Benua Amon (şəkildə) qalib gəlib.
Donald Trampın and içmə mərasimindən sonra ABŞ-da başlayan Qadın etirazlarında iştirak edənlərin sayı dünya üzrə 4.8 milyona yaxındır. Etirazlar 100 dən çox ölkənin 673 şəhərində təşkil edilib.
Fransa Konstitusiya Məhkəməsi, 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına dair qanunu ləğv edib.
Fate/Zero — Ufotable animasiya studiyası tərəfindən eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime serialının rejissorluğunu Ey Aoki etmişdir, ssenarini isə Akira Hiyama və Akihiro Yoşida yazmışdırlar. Personajların ilkin dizaynlarını Takaşi Takeuçi hazırlamış, Atsuşi İkariya və Tomonori Sudo orijinal dizaynlardan istifadə edərək anime üçün personajları dizayn etmişdirlər. Musiqi Yuki Kaciura tərəfindən bəstələnmişdir. Anime serialı Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night"vizual romanında baş verən hadisələrin 10 il əvvəlidir: yeddi ustanın və yeddi xidmətçinin Fuyuki şəhərində ortaya çıxacaq Müqəddəs qədəhi qazanmaq üçün qatıldıqları Dördüncü Müqəddəs qədəh müharibəsindən bəhs edir.