Qoşmalarınızı yoxlayın

Qoşmalar Firefox-unuzda videoları, animasiyaları və oyunları gücləndirir. Statuslarına diqqət edin və onları güncək tutun.

Məsləhət görülən bütün yeniləmələri etdikdən sonra Firefox-unuzu yenidən başlatmağı unutmayın.

Ümumi Qoşma Sualları

Kömək lazımdır? Mozilla Dəstəyi ziyarət edin.

Qoşma nədir?

  • Qoşmalar səyyahınızda videoları, animasiyaları və oyunları gücləndirən proqram parçasıdır.
  • Onlar Firefoxdan kənarda Adobe Systems və Apple kimi şirkətlər tərəfindən yaradılıb.

Niyə qoşmaları yeniləməliyəm?

  • Köhnə qoşmalar zərərli proqramlara, viruslara və təhlükəsizlik təhdidlərinə riskinizi artıra bilir. Onlar həmçinin səyahət təcrübələrinizə neqativ təsir edən maneələr yarada bilərlər.
  • Güncəl qoşmalar səyyahınızın səlis və güvənli işləməsini təmin edirlər.
  • Qoşmalar hər zaman avtomatik olarak yenilənmirlər, bu səbəbdən bu iş vaxt-aşırı sizə qalır.

Firefox mənə necə kömək edə bilər?

Gələcəkdə Firefox qoşmaları sizin üçün yeniləyəcək. O vaxta qədər, Firefox-unuzu təhlükəsiz saxlamaq üçün ara-sıra bu səhifəni yoxlamalı və qoşmalarınızı yeniləməlisiniz.

Firefox-umda hansı qoşmaları qurduğumu necə görə bilərəm?

Biz avtomatik olaraq yuxarıda qoşmalarınızı təyin etdik. Firefox-da qurduğunuz bütün qoşmaları görmək üçün masaüstü səyyahınızda bu addımları izləyin:

  1. Menyunu aç.
  2. Əlavələri seçin.
  3. Qoşmalar vərəqinə klikləyin.

Qoşmanı necə söndürə bilərəm?

Masaüstü üçün Firefox:

  1. Menyunu aç.
  2. Əlavələri seçin.
  3. Qoşmalar vərəqinə klikləyin.
  4. Söndürmək istədiyiniz qoşmanın yanındakı açılan menyuya klikləyin.
  5. Mövcud seçimlərlərdən "Heç vaxt Aktivləşdirmə" seçin.

Diqqət: Qoşmanı söndürmək artıq bəzi şeyləri edə bilməyəcəyiniz deməkdir. Məsələn, Flash-i söndürsəniz, bəzi video yayım saytlarındakı videolara baxa bilməyəcəksiz.

Başa Qayıt