Gələn ilin sonlarında Avropa Birliyinin prezidentliyi Estoniyaya keçəcək. London qurumu tərk etmək niyyətini açıqladığından rəhbərlik Estoniyaya keçəcək. Məlumatı AB iyulun 26-da yayıb.
Baş nazir Theresa May ötən həftə bildirib ki, britaniyalı seçicilərin qərarına doğru ilk addım kimi Britaniya gələn iyulda prezidentliyi qəbul etməyəcək.
İyulun 20-də birliyin 28 üzv dövlətinin səfirləri Estoniyanın prezidentliyini altı ay qabağa çəkmək barədə razılığa gəliblər. Avropa Şurasının Prezidenti Donald Tusk ötən həftə söyləyib.
2013-cü ildə AB-yə qoşulmuş Xorvatiya isə 2020-ci ilin birinci yarısında prezidentliyi alacaq.
Hazırda prezident Slovakiyadır və gəlın ilin birinci yarısında onu Malta əvəzləyəcək.
Şərhləri göstər