Mobil səyahət tərzinizi öz zövqünüzdə etməyə imkan verən
tək səyyah Android üçün Firefoxdur.
Paylaşma üçün ən asan yol, Sürətli Paylaşma sizin ən son işlətdiyiniz tətbiqləri yadında saxlayır və bəyəndiyiniz məlumatı tez paylaşmağınıza kömək edir.
Necə işlədiyini görün
Ev panelinizi Instagram, Pocket Hits kimi istədiyiniz Web məzmunlarla özəlləşdirin.
Necə işlədiyini görün
Ev panellərinizi istədiyiniz kimi sıralayın və sevdiyiniz saytları bir toxunma məsəfəsində tutmaq üçün panelləri əlavə edin, gizlədin və ya silin.
Ətraflı öyrən
İstədiyiniz axtarış mühərrikini əlavə edin və onun əsas axtarışınız olaraq seçin. Və ya istədiyiniz zaman axtarışınıza və məxfiliyinizə uyğun olanı seçin.
Necə işlədiyini görün
Oxuma Siyahısı və Oxuma Görünüşü ilə xoş görünüşlü oxumadan həzz alın. Onlayn olmadıqda belə yadda saxlanmış məqalələrinizi açın.
Oxuma Siyahısı haqqında ətraflı öyrən
Cihazınızın tənzimləmələrini dəyişmədən və ya səyyahınızı yenidən başlatmadan sürətli və rahat şəkildə səyyah dilinizi dəyişin.
Ətraflı öyrən
Hər hansı bir Video və ya İnternet məzmununu telefonunuzdan və ya tabletinizdən axım dəstəyi olan Televizorunuza göndərin.
Ətraflı öyrən
Sizin məxfi məlumatlarınızın sizə aid olduğuna inanırıq. Android üçün Firefox məlumatlarınızı sizin idarənizə verən özəlliklərlə doludur.
Tarixçə, axtarış və çərəzləriniz saxlanmadan səyahət edin və gizli üçüncü tərəflərin internetdə sizi izləməyinin qarşısını alın.
Məxfi Səyahət haqqında ətraflı öyrəninTək bir toxunuşla səyahət tarixçənizi, şifrələri və daha çox məlumatı silin. Ehtiyyacınız olan zaman silmək istədiyiniz məxfi məlumatlarınızı seçin.
Tarixçənizi təmizləmək haqqında ətraflı öyrəninBir-birinizi onlayn aktivliyini görmə qorxusu olmadan səyyahınızı dostlarınız və ailənizlə paylaşın.
Səyyahınızı necə paylaşacağınızı öyrəninHarda olursunuzsa olun, şifrələriniz, əlfəcinləriniz, açıq vərəqləriniz və daha çoxu yanınızda olsun. Masaüstündə olan bütün məlumatları telefon və ya tabletinizdə də işlətmək üçün Sync işlədin — sayt ünvanlarını yadınızda saxlamağa ehtiyyac olmasın.
Sync haqqında ətraflı öyrənin