2015
Vikipediya, açıq ensiklopediya
Dünyada[redaktə | əsas redaktə]
- 1 yanvar — Litvanın avro pul vahidinə keçərək 19-cu Avrozona ölkəsi olması.
- 2 aprel — Keniyanın Qarissa Universitetinin Kollecində baş verən terror hadisəsində terrorçular istisna olmaqla 148 nəfər həlak oldu.
- 25 aprel — Nepalda 7.8 bal gücündə baş verən zəlzələdə 8675 nəfərdən çox insan həlak oldu.
- 12 may — Nepalda 7.3 bal gücündə baş verən zəlzələdə 200-dən çox insan həlak oldu.
- 30 may — Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru təyin edildi.
- 2 iyun — FİFA-da rüşvət qalmaqalı.
- "Mustafa" mükafatı
- 26 iyun - ABŞ-da Ali Məhkəmənin qərarı ilə eynicinsli nigahlar bütün dövlət ərazisində leqallaşdırılıb.
Azərbaycanda[redaktə | əsas redaktə]
- 20 fevral - Yunan-Roma güləşi üzrə Azərbaycan yığması ilk dəfə Dünya Kubokunun qalibi oldu.[1]
- 17 may - Qarabağ Ağdam FK tarixində 3-cü dəfə Azərbaycan Premyer Liqasının qalibi oldu.
- 19 may - Bakının Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğında 16 nəfər həlak olmuşdur.[2]
- 3 iyun - Qarabağ Ağdam FK tarixində 4-cü dəfə Azərbaycan Kubokunun sahibi oldu.
- 12-28 iyun - Bakıda Birinci Avropa Oyunları (2015 Avropa Oyunları) keçirildi.
- 4 dekabr - Neft daşları Günəşli yatağında güclü külək nəticəsində yanğın baş verib.
Doğumlar[redaktə | əsas redaktə]
- 2 may - Uels Şahzadəsi Uilyam ilə Ketrin Midltonun Çarlotte Mountbaten-Uindsor adında 2-ci övladlarının dünyaya gəlməsi.
Ölümlər[redaktə | əsas redaktə]
- 2 yanvar - Siyavuş Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor
- 7 yanvar - Zahid Qaralov, Azərbaycan ictimai-siyasi xadimi, pedaqoq, Yeni Azərbaycan Partiyası yaradıcılarından biri, pedaqoji elmlər doktoru, professor
- 11 yanvar – Anita Ekberq – İsveç aktrisası.
- 20 yanvar - Hafiz Fətullayev, Azərbaycan kinorejissoru, aktyor və ssenarist
- 23 yanvar - Abdullah bin Əbdüləziz Əl Səud, Səudiyyə Ərəbistanının 6-cı kralı.
- 25 yanvar - Demis Russos, Yunanıstan müğənnisi
- 28 yanvar - Vaqif Səmədoğlu, Azərbaycan şairi, dramaturq, publisist
- 3 fevral - Akif Hacıyev, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi,fizika-riyaziyyat elmləri doktoru, akademik, Əməkdar elm xadimi.
- 13 fevral - Özgəcan Aslan, türk tələbəsi.
- 14 fevral – Lui Jurdan – Fransa aktyoru.
- 27 fevral - Boris Nemtsov, Rusiya dövlət xadimi və siyasətçisi.
- 28 fevral - Yaşar Kamal, türkiyəli yazıçı.
- 1 mart - Dadaş Adna, Azərbaycanlı fotoqraf və yazıçı.
- 1 aprel – Sintiya Lennon – Con Lennonun ilk həyat yoldaşı.
- 3 aprel - Kayahan – Türkiyə pop müğənnisi və bəstəkarı.
- 17 aprel – Ramiz Mirişli – Azərbaycan bəstəkarı.
- 30 aprel - Aytac Babayeva, 11-ci sinif şagirdi.
- 1 may - Vəfa Quluzadə, Azərbaycan dövlət xadimi, politoloq
- 8 may - Zəki Alasya, Türk aktyoru.
- 9 may - Kənan Evrən, Türkiyə Respublikasının 7-ci prezidenti.
- 4 avqust – Tanilə Əhmərova – Azərbaycan kino aktrisası.
- 6 sentyabr – İlham Əsgərov – Azərbaycan teatr və kino aktyoru.
- 8 sentyabr – Habil Əliyev – Azərbaycanın məşhur kamança ifaçısı.
- 10 sentyabr – Vəliəhd Vəliyev – Azərbaycan kino aktyoru.
- 10 oktyabr – Nuriyyə Əhmədova – Azərbaycan kino aktrisası.
- 24 oktyabr – Gülnar Salmanova – Azərbaycan aktrisası.
- 30 noyabr – Eldar Ryazanov – Rusiya və Sovet kinorejissoru.
- 21 dekabr – Ələsgər Məmmədoğlu – Azərbaycan teatr və kino aktyoru.